Menyu

Felipe Melo oğlu ilə birlikdə məşq etdi

Əziz Əzizli
Felipe Melo oğlu ilə birlikdə məşq etdi

Felipe Melo futbolçu karyerasını davam etdirdiyi "Fluminense"də oğlu Davi Melo ilə məşqə çıxıb.

"Operativ Media" xəbər verir ki, bir zamanlar “Qalatasaray”da da çıxış edən Felipe Melo ilk dəfə oğlu Davi Melo ilə məşq etmək fürsəti əldə edib.

Fernando Dinizin rəhbərlik etdiyi "Fluminense" məşqinə 20 yaşa qədər gənclər də qatılıb. Bu gənclər arasında Felipe Melonun oğlu da olub.

Melo açıqlamasında oğlu ilə birlikdə məşq edəcəyini öyrənəndə çox həyəcanlandığını bildirib.

"İlk dəfədir ki, oğlum mənimlə məşq etməyə gəlir. Bu səhər birlikdə məşq edəcəyimizi biləndə qucaqlaşıb ağladıq. Mən bunu heç xəyal etməmişdim. Mən bu anı bizə bəxş etdiyi üçün Allaha və "Fluminense"yə minnətdaram”

Teqlər:

"Felipe Melo oğlu ilə birlikdə məşq etdi"

Əlaqəli Xəbərlər