Menyu

"Politico": ABŞ Çindən robot idxalına qoyulan məhdudiyyətləri sərtləşdirəcək

Operativ Media
"Politico": ABŞ Çindən robot idxalına qoyulan məhdudiyyətləri sərtləşdirəcək

ABŞ Ticarət Nazirliyi milli təhlükəsizlik təhdidləri səbəbindən Çindən robot texnikası idxalına yeni məhdudiyyətlər tətbiq etməyi planlaşdırır.

Operativ Media "Politico" qəzetinə istinadən xəbər verir ki, ABŞ administrasiyası robotlaşdırılmış silahlar sahəsində yeni silahlanma yarışının başlayacağını proqnozlaşdırır.

​Nəşrin məlumatına görə, Ticarət Nazirliyi hazırda Çin Xalq Respublikası (ÇXR) hökümətindən subsidiya alan Çin robot istehsalçılarının məhsullarını qiymətləndirir. ABŞ administrasiyası Çin hakimiyyətinin bu sahəyə dəstəyini milli təhlükəsizliyə təhdid kimi nəzərdən keçirir. Buna səbəb kimi "dövlət tərəfindən subsidiyalaşdırılan Çin robotlarının, amerikalı istehsalçıların rəqabət üçün zəruri olan istehsal həcminə çatmasından əvvəl dünya bazarlarını fəth edə biləcəyi" qorxusu göstərilir.

​Qəzetin həmsöhbətləri qeyd ediblər ki, ABŞ hakimiyyətinin nəzərində süni intellekt texnologiyaları üçün nəzərdə tutulan çiplərlə yanaşı, robot texnikası da Çinlə "texnoloji rəqabətdə növbəti döyüş meydanına" çevrilib.

​"Politico"nun mənbələri bildirib ki, ABŞ-nin ticarət naziri Hovard Lutnik robotların hazırlanması ilə məşğul olan aparıcı Amerika şirkətlərinin və maliyyə institutlarının nümayəndələri ilə görüş keçirib. Onların arasında "SpaceX", "Boston Dynamics", "Siemens", "Rockwell Automation" şirkətlərinin, həmçinin "JPMorgan Chase" və "Goldman Sachs" banklarının təmsilçiləri olub.

​Mənbələrdən biri nazirin bu sözlərini sitat gətirib: "Biz dövlət tərəfindən subsidiyalaşdırılan robot texnikasının Amerikada bizə hücum etməsini istəmirik. Bu, qarşıdan gələn silahlanma yarışıdır – robotlaşdırılmış silahlar erasının başlanğıcıdır".

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər