Menyu

Əli Əsədov Moskvada MDB hökumət başçıları Şurasının iclasında iştirak edəcək

Nərmin Qocamanlı
Əli Əsədov Moskvada MDB hökumət başçıları Şurasının iclasında iştirak edəcək

"Operativ Media" xəbər verir ki, Rusiya hökumətinin sədri Mixail Mişustinin dəvəti ilə Moskvada səfərdə olan Azərbaycan Baş naziri bu gün Müstəqil Dövlətlər Birliyi hökumət başçıları Şurasının iclasında iştirak edəcək.

Əli Əsədovun işgüzar səfəri Azərbaycanın Rusiyadakı Səfirliyində Ümummilli Lider Heydər Əliyevin barilyefi önünə gül dəstəsi qoyması ilə başlayıb.

Daha sonra Azərbaycan Baş naziri MDB hökumət Başçıları Şurasının keçiriləcəyi Bauman adına Moskva dövlət texniki universitetində olub. Burada MDB-dən olan nümayəndə heyətləri universitetin kampusuna baxış keçirib, Kvantum parkı ziyarət ediblər. MDB ölkələrindən olan tələbələrin mühəndis layihələri hökumət başçılarına təqdim olunub.

Bakı vaxtı ilə saat 12:30-da isə universitetin konqress holunda MDB hökumət başçıları şurasının iclası keçiriləcək.

Teqlər:

"\u018fli \u018fs\u0259dov Moskvada MDB h\u00f6kum\u0259t ba\u015f\u00e7\u0131lar\u0131 \u015euras\u0131n\u0131n iclas\u0131nda i\u015ftirak ed\u0259c\u0259k"

Əlaqəli Xəbərlər