Menyu

Hikmət Hacıyev: Avropa İttifaqının Ermənistan-Azərbaycan sərhədindəki missiyasının fəaliyyəti artıq başa çatmalıdır.

Nərmin Qocamanlı
Hikmət Hacıyev: Avropa İttifaqının Ermənistan-Azərbaycan sərhədindəki missiyasının fəaliyyəti artıq başa çatmalıdır.

"Operativ Media" xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev jurnalistlərə açıqlamasında bildirib.

O deyib ki, Azərbaycan tərəfi qarşılıqlı anlaşma və sülh şəraitində aparılan delimitasiya prosesində üçüncü tərəfin iştirakına hər hansı ehtiyac görmür:

“Ermənistan-Azərbaycan sərhədindəki Avropa İttifaqının missiyasının fəaliyyəti artıq başa çatmalıdır. Missiyanın yerləşdirilməsi Praqada Azərbaycan Prezidenti İlham Əliyevin, Fransa Prezidenti Emmanuel Makronun, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin və Ermənistanın Baş naziri Nikol Paşinyanın iştirakı ilə razılaşdırılmışdı. O missiya qısamüddətli olmalı idi. Biz gördüyümüz kimi, bu, davamlı bir missiyaya çevrilir və tərkibi, habelə coğrafi mandat ərazisi genişləndirilir. Ermənistan və Azərbaycan arasında qarşılıqlı anlaşma və sülh şəraitində aparılan delimitasiya prosesində üçüncü tərəfin iştirakına hər hansı ehtiyac görmürük. Biz Avropa İttifaqının missiyasının regionda sülhün möhkəmləndirilməsinə xidmət edən faktor olduğunu hesab etmirik. Bu, narahatlıq doğuran faktordur".

Teqlər:

"Hikm\u0259t Hac\u0131yev: Avropa \u0130ttifaq\u0131n\u0131n Erm\u0259nistan-Az\u0259rbaycan s\u0259rh\u0259dind\u0259ki missiyas\u0131n\u0131n f\u0259aliyy\u0259ti art\u0131q ba\u015fa \u00e7atmal\u0131d\u0131r."

Əlaqəli Xəbərlər