Ana səhifə / Siyasət / Hikmət Hacıyev İsrail Prezidenti ilə regional məsələləri müzakirə edib Hikmət Hacıyev İsrail Prezidenti ilə regional məsələləri müzakirə edib 09.12.2024, 15:33 "Operativ Media" xəbər verir ki, bu barədə İsrailin Azərbaycandakı səfirliyinin "X" hesabında paylaşım edilib. Bildirilib ki, Prezidentin köməkçisi İsaak Hersoqa Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını çatdırıb. İsrail Prezidenti isə öz növbəsində minnətdarlığını bildirib və onun da salamlarını Prezident İlham Əliyevə çatdırmağı xahiş edib. Görüş zamanı Azərbaycan və İsrail arasında ikitərəfli əməkdaşlıq məsələləri, o cümlədən regional məsələlər müzakirə edilib. Teqlər: "Hikm\u0259t Hac\u0131yev \u0130srail Prezidenti il\u0259 regional m\u0259s\u0259l\u0259l\u0259ri m\u00fczakir\u0259 edib"