Menyu

Hərbi attaşelər Bakı Beynəlxalq Dəniz Ticarəti Limanında olublar

Əsəd Abbaslı
Hərbi attaşelər Bakı Beynəlxalq Dəniz Ticarəti Limanında olublar

Müdafiə nazirinin 2024-cü il üçün təsdiq etdiyi fəaliyyət planına əsasən, xarici dövlətlərin ölkəmizdə akkreditə olunmuş hərbi attaşeləri Bakı Beynəlxalq Dəniz Ticarət Limanını ziyarət ediblər.

"Operativ Media" xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Tədbirdə 12 ölkədən 15 hərbi attaşelik aparatının nümayəndəsi iştirak edib.

Ziyarətçilərə brifinq təqdim olunub. Brifinqdə Bakı Beynəlxalq Dəniz Ticarət Limanının tarixi, cari fəaliyyət istiqamətləri, əməkdaşlıq sahələri və perspektiv planları barədə məlumatlar verilib, qonaqları maraqlandıran suallar cavablandırılıb.

Sonda qonaqlar limanın ərazisindəki infrastruktur və obyektlərlə tanış olublar.

Teqlər:

"H\u0259rbi atta\u015fel\u0259r Bak\u0131 Beyn\u0259lxalq D\u0259niz Ticar\u0259ti Liman\u0131nda olublar"

Əlaqəli Xəbərlər