Menyu

İran üzərindəki hava məkanının bağlanması səbəbilə bir sıra təyyarələr Bakı Aeroportuna enib

İran üzərindəki hava məkanının bağlanması səbəbilə bir sıra təyyarələr Bakı Aeroportuna enib

İran üzərində hava məkanının bağlanması nəticəsində bir sıra beynəlxalq aviaşirkətlər Heydər Əliyev Beynəlxalq Aeroportuna təcili eniş sorğusu ilə müraciət edib.

“Operativ Media” xəbər verir ki, bu barədə Heydər Əliyev Beynəlxalq Aeroportu məlumat yayıb.

Bakı hava limanına uğurla eniş edənlər sırasında “Jazeera Airways”aviadaşıyıcısının Moskva (DME) – Küveyt reysi, “Fly Dubai”ın Budapeşt, Moskva (VKO), Minsk, Kazan və Sankt-Peterburqdan Dubaya olan uçuşları, eləcə də “Air Arabia” aviaşirkətinin Moskva – Şarja reysi yer alır.

Heydər Əliyev Beynəlxalq Aeroportu bütün müvafiq resursları səfərbər edərək eniş etmiş reyslərə operativ və yüksək səviyyəli xidmət göstərir.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər