Menyu

Ayxan Hacızadə: ABŞ-nin daxili işlərə, insan haqları məsələlərini istifadə etmək hüququ yoxdur

Əsəd Abbaslı
Ayxan Hacızadə: ABŞ-nin daxili işlərə, insan haqları məsələlərini istifadə etmək hüququ yoxdur

ABŞ-nin daxili işlərə, istintaq prosesinə və məhkəmə sisteminin müstəqilliyinə müdaxilə vasitəsi kimi insan haqları məsələlərini istifadə etmək və təhrif etmək hüququ yoxdur.

"Operativ Media" xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsinin rəisi Ayxan Hacızadə “X” platformasındakı paylaşımında qeyd edib.

O, Azərbaycanda fundamental hüquq və azadlıqların tam təmin olunduğunu bildirib.

“Eyni zamanda, ABŞ-da olduğu kimi cinayət əməllərinə görə cəza çəkən vətəndaşlar heç bir ayrı-seçkiliyə məruz qalmadan cəzaçəkmə rejimlərinin müvafiq qanunlarının tələblərinə tabedirlər”- Ayxan Hacızadə qeyd edib.

Ayxan Hacızadə əlavə edib ki, bəzi xarici hökumətlərin və siyasətçilərin milli qanunvericilik əsasında məhkəmə tərəfindən cinayət ittihamı ilə məhkum edilmiş şəxslərin azadlığa buraxılması tələbləri onların qanunun aliliyinə sadiqliyini şübhə altına salır.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər