Menyu

Havanın temperaturu 4-6 dərəcə aşağı enəcək - XƏBƏRDARLIQ

Nərmin Qocamanlı
Havanın temperaturu 4-6 dərəcə aşağı enəcək - XƏBƏRDARLIQ

Oktyabrın 26-sı axşamdan 27-si səhərədək Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı gözlənilir. Axşam və gecə yarımadanın bəzi yerlərində leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimalı var. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 4-6 dərəcə  aşağı enəcək.

 Milli Hidrometeorologiya Xidmətindən "Operativ Media"ya verilən məlumata görə, oktyabrın 25-də  əsasən Azərbaycanın şərq rayonlarında, 26-da isə şimal və qərb  rayonlarından  başlayaraq 27-si axşamadək hava şəraitinin qeyri-sabit keçəcəyi, fasilələrlə yağıntılı  olacağı gözlənilir.  Ayrı-ayrı yerlərdə (Qazax-Gəncə, Naxçıvan MR, Qarabağ və Şərqi-Zəngəzur, Balakən-Şəki, Quba-Qusar, Dağlıq Şirvan, Mərkəzi Aran, Lənkəran-Astara) yağıntıların leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.  

Çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın, o cümlədən Lənkəran-Astara bölgəsinin bəzi çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər