Menyu

"Ayaks"ın baş məşqçisi: "Qarabağ" güclü rəqibdir"

Əziz Əzizli
"Ayaks"ın baş məşqçisi: "Qarabağ" güclü rəqibdir"

"Ayaks" Avropa Liqasının Liqa mərhələsinin 3-cü turunda sabah Bakıda "Qarabağ"ın qonağı olacaq.

"Operativ Media" xəbər verir ki, Amsterdam klubunun baş məşqçisi Françesko Farioli matçdan öncə keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Komandanız niyə oyunqabağı məşq üçün “Neftçi Arena”nı seçdi?

- Plan belə idi. Biz adətən diqqəti cəlb etmək yox, başqa stadionda sərbəst məşq etməyi xoşlayırıq.

- Sabahkı matç haqqında nə düşünürsünüz?

- Rəqibimizi təhlil etmişik. “Qarabağ” güclü rəqibdir, bir çox titulları var. Futbolçuları ilə maraqlanırdım. Mən Türkiyədə işləmişəm, ona görə də Azərbaycan haqda məlumatlıyam. Çünki bu ölkələr bir-birinə yaxındır. Kadr itkilərimiz var, Bakıya tam heyətlə gəlməmişik.

- “Qarabağ”ın heyətində ən çox nədən ehtiyat edirsiz?

- Bəzi futbolçuları fərdi şəkildə öyrəndik. Dinamik komandadır. Son dəqiqələrdə uduzduqları “Bayer”lə oyunu diqqətə çatdırardım.

- Sabah hansı nəticəni gözləyirsiniz?

- “Qarabağ”ın güclü və zəif tərəflərini analiz edirik. Biz daha yaxşı olmaq və layiqli xallar qazanmaq istəyirik.

- Zehni olaraq uduzmağa hazırsınız?

- Futbolda hər şey ola bilər. Amma biz öz oyunumuza və nəticəyə köklənmişik. Sabah sürpriz olarsa, növbəti oyunlara hazırlaşacağıq.

- Bakıya “Ayaks”ın çoxsaylı azarkeşləri gəlib. Onlara nə demək istərdiniz?

- Bu haqda eşitmişəm. Bura gəlmək ucuz deyil, üstəlik çox pul xərcləməli oldular. Biz onlara bir jest etmək və qələbə ilə təşəkkür etmək istəyirik. (Sportal.az)

Teqlər:

"\"Ayaks\"\u0131n ba\u015f m\u0259\u015fq\u00e7isi: \"Qaraba\u011f\" g\u00fccl\u00fc r\u0259qibdir\""

Əlaqəli Xəbərlər