Menyu

Britaniyada iki qatar toqquşub

Operativ Media
Britaniyada iki qatar toqquşub
Böyük Britaniyanın Bedford qraflığında iki sərnişin qatarının toqquşması nəticəsində bir neçə nəfər xəsarət alıb.

Operativ Media xəbər verir ki, bu barədə BBC məlumat yayıb.

Məlumata görə, Korbi şəhərindən gələn qatar Nottinqemdən hərəkət edən qatarın arxa hissəsinə çırpılıb. Nəticədə sərnişinlər müxtəlif dərəcəli xəsarətlər alıblar.

Hadisə yerinə beş təcili tibbi yardım helikopteri və digər xilasedici qüvvələr cəlb olunub. Britaniya Nəqliyyat Polisi hər iki qatarın London istiqamətində hərəkət etdiyini bildirib.

Qəzanın Bedford stansiyasından təxminən 4 kilometr cənubda baş verdiyi qeyd olunub. Hadisənin səbəbləri araşdırılır.
Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər