TUSAŞ-ın obyektində baş verən terrorda 5 nəfər ölüb, 22 nəfər yaralanıb - YENİLƏNİB
Türkiyədə terror aktı zamanı həlak olanların sayı 5 nəfərə, yaralıların sayı 22 nəfərə çatıb.
"Operativ Media" xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Əli Yerlikaya bildirib.
22:04
Türkiyə Prezidenti Rəcəb Tayib Ərdoğan TUSAŞ-ın istehsal obyektində baş verən terrorda 4 nəfərin öldüyünü, 14 nəfərin yaralandığını deyib.
"Operativ Media" xəbər verir ki, Türkiyə lideri bunu Kazanda Rusiya Prezidenti Vladimir Putinlə görüşündə deyib.
19:26
Ankarada terror aktı nəticəsində 3 nəfər ölüb, 14 nəfər yaralanıb.
"Operativ Media" xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Əli Yerlikaya bildirib.
18:55
TUSAŞ-ın obyektində ikinci partlayış baş verib, terrorçular insanları girov götürüblər.
"Operativ Media" xəbər verir ki, ilkin məlumata görə, üç terrorçu nəzarət-buraxılış məntəqəsinə partlayıcı qurğu ataraq müəssisənin ərazisinə girib.
Terrorçuların insanları girov götürdüyü ehtimal olunur. Polis ərazini mühasirəyə alıb.
18:25
Türkiyə daxili işlər naziri Əli Yerlikaya terror hadisəsi zamanı ölən və yaralananların olduğunu bildirib.
"Operativ Media" xəbər verir ki, o bu barədə "X" platformasında paylaşım edib.
***
Türk Aerokosmik Sənayesinin (TUSAŞ) Ankaradakı baş qərargahının qarşısında partlayış və silah səsləri eşidilib.
"Operativ Media" xəbər verir ki, bu barədə Türkiyə KİV məlumat yayıb.
Partlayışın səbəbləri hələ məlum deyil.