Menyu

Marko Yankoviç: "Əsas odur ki, nəticədən asılı olmayaraq yaxşı oynayaq"

Əziz Əzizli
Marko Yankoviç: "Əsas odur ki, nəticədən asılı olmayaraq yaxşı oynayaq"

"Qarabağ"ın futbolçusu Marko Yankoviç Avropa Liqası Liqa fazasının "Ayaks"la matçından öncə keçirilən mətbuat konfransında iştirak edib.

"Operativ Media" monteneqrolu yarımmüdafiəçi motivasiyalarının yüksək olduğunu bildirib.

"Baş məşqçimizin dediyi kimi, mən də bu sözləri təkrar demək istəyirəm. Sabah bizi böyük futbol günü gözləyir. Böyük və tanınmış kluba qarşı oynayırıq. Motivasiyamız yüksəkdir. Sabah hədəfimiz yaxşı nəticə əldə etməkdir".

Marko Yankoviç nəticədən asılı olmayaraq yaxşı oynamağın əsas olduğunu düşünür.

"Keçmişdə də böyük klublara qarşı oynamışıq. Futbolun gözəlliyi ondadır, hər şey baş verə bilir. Autsayder uda da bilər, favorit uduza da bilər. Keçmişdə göstərdiyimiz oyunlar onu göstərir ki, hər bir rəqibə qarşı oynaya bilərik. Sabah uda da bilərik, uduza da. Əsas odur ki, çıxıb özümüzü göstərək, nəticədən asılı olmayaraq, yaxşı oynayaq. Ümid edirəm ki, sabah nəticə də yaxşı olacaq".

Qeyd edək ki, sabah "Qarabağ" Avropa Liqasında Liqa mərhələsinin 3-cü turu çərçivəsində "Ayaks" klubu ilə qarşılaşacaq.

Teqlər:

"Marko Yankovi\u00e7: \"\u018fsas odur ki n\u0259tic\u0259d\u0259n as\u0131l\u0131 olmayaraq yax\u015f\u0131 oynayaq\""

Əlaqəli Xəbərlər