Menyu

Azərbaycan - Portuqaliya matçının hakimləri açıqlandı

Əziz Əzizli
Azərbaycan - Portuqaliya matçının hakimləri açıqlandı

Qadın futbolçulardan ibarət Azərbaycan milli komandasının Avropa çempionatının birinci pley-off mərhələsində Portuqaliya yığmasına qarşı keçirəcəyi ilk oyunun hakim təyinatları açıqlanıb.

"Operativ Media" qurumun mətbuat xidmətinə istinadən xəbər verir ki, oktyabrın 25-də Bakıda baş tutacaq görüşü Almaniya və Avstriyadan olan hakimlər briqadası idarə edəcək. 

Baş hakim Fabienne Michel, onun köməkçiləri isə Melissa Joos, Amina Sarah Gutschi olacaq. Dördüncü hakim funksiyasını isə Karoline Wacker yerinə yetirəcək.

Qeyd edək ki, Azərbaycan - Portuqaliya matçı oktyabrın 25-i, saat 16-00-da "Dalğa Arena"da keçiriləcək.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər