ÇL: "Barselona" "Bayern"ə, "Liverpul" "Leypsiq"ə qarşı
Əziz Əzizli
Bu gün UEFA Çempionlar Liqasında Liqa mərhələsinin 3-cü turuna yekun vurulacaq.
"Operativ Media" xəbər verir ki, günün əsas matçı İspaniyada reallaşacaq: “Barselona” “Bayern”lə qüvvəsini sınayacaq. Digər alman komandası “Bayer” “Brest”in qonağı olacaqsa, “Leypsiq” “Liverpul”u sınağa çəkəcək.
Ötən tur “Real”ı məğlub edən “Lill” bu dəfə digər Madrd klubu “Atletiko” ilə üz-üzədir. “Mançester Siti” evdə asan rəqiblə üz-üzə gələcəksə, “İnter” İsveçrədə qonaq olacaq.