Laporta: Flik "Barselona"ya qələbə borcludur
Əziz Əzizli
Çempionlar Liqasının 3-cü turunun “Bavariya” ilə oyunu öncəsi “Barselona”nın prezidenti Xuan Laporta Kataloniya təmsilçisinin alman baş məşqçisi Hans-Diter Flikə müraciət edib.
"Operativ Media" xəbər verir ki, o, komandasından qələbə gözlədiyini bildirib.
2019-2020 Çempionlar Liqasının 1/4 final mərhələsində Flikin rəhbərliyi altında "Bavariya" "Barselona"nı 8:2 hesabı ilə məğlub edib.
“Flik bizə borcludur. “Bavariya”ya daha böyük hesabla qalib gəlmək gözəl olardı, lakin qarşıdakı matçda qələbəni yaxşı nəticə hesab edəcəyik".
"Barselona" - "Bavariya" oyunu oktyabrın 23-də keçiriləcək və Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net