Menyu

Neymar: Bu hissi yenidən yaşadığım üçün şadam

Əziz Əzizli
Neymar: Bu hissi yenidən yaşadığım üçün şadam

Braziliya millisinin və Səudiyyə Ərəbistanının "Əl Hilal" klubunun hücumçusu Neymar bir illik fasilədən sonra yaşıl meydana qayıtmasına münasibət bildirib.

"Operativ Media" xəbər verir ki, o bu haqda sosial şəbəkə hesabında paylaşım edib.

“Bu hissi yenidən yaşamaqdan xoşbəxtəm. Allah bizi qorusun”.

Neymar diz zədəsi əməliyyatından sonra sağalıb.

Asiya Çempionlar Liqasının III turunda “Əl Hilal” səfərdə Birləşmiş Ərəb Əmirliklərinin “Əl Ayn” klubunu qəbul edib və 5:4 hesabı ilə qalib gəlib. Neymar 77-ci dəqiqədə əvəzlənib.

“Əl Hilal” 9 xalla AÇL-in qərb zonasının lideridir.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər