Menyu

Qurban Qurbanov və Françesko Farioli jurnalistlər qarşısına çıxacaq

Əziz Əzizli
Qurban Qurbanov və Françesko Farioli jurnalistlər qarşısına çıxacaq

UEFA Avropa Liqasının Liqa mərhələsinin III turu çərçivəsində keçiriləcək "Qarabağ" - "Ayaks” (Niderland) matçından öncə təşkil ediləcək mətbuat konfransları və media nümayəndələri üçün açıq məşqlərin vaxtları məlum olub.

"Operativ Media" klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, "atlılar"ın baş məşqçisi Qurban Qurbanovun iştirakı ilə keçiriləcək mətbuat konfransı oktyabrın 23-də saat 13:45-də Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq. 17:00-da isə media nümayəndələri üçün açıq məşq (ilk 15 dəqiqə) “Azersun Arena”da keçiriləcək.

Qonaq komandanın baş məşqçisi Françesco Fariolinin Tofiq Bəhramov adına Respublika stadionunda təşkil olunacaq mətbuat konfransı saat 18:00-da start götürəcək. Niderland təmsilçisinin “Neftçi Arena”da keçiriləcək ilk 15 dəqiqəsi açıq olacaq məşqi 12:45-də başlayacaq.

Qeyd edək ki, oktyabrın 24-də keçiriləcək “Qarabağ” – “Ayaks” görüşü saat 20:45-də başlayacaq.

Teqlər:

"Qurban Qurbanov v\u0259 Fran\u00e7esko Farioli jurnalistl\u0259r qar\u015f\u0131s\u0131na \u00e7\u0131xacaq"

Əlaqəli Xəbərlər