Menyu

"Barselona"nın yeni qapıçısı siqaret çəkməsinə münasibət bildirib

Əziz Əzizli
"Barselona"nın yeni qapıçısı siqaret çəkməsinə münasibət bildirib

"Barselona"nın yeni qapıçısı Voyçex Şesnı siqaret çəkməsi ilə bağlı xəbərlərə münasibət bildirib.

"Operativ Media" xəbər verir ki, bu haqda insayder Fabrizio Romano məlumat yayıb.

 “Uşaqların önündə siqaret çəkmərəm, pis nümunə olmaq istəmirəm. Amma fotoqraflar ağacların arxasında, gizlində etdiyimi çəkib ictimaiyyətə nümayiş etdirirlər. Bu, pis vərdişdir, insanara göstərmək yox, gizlətmək lazımdır. Kimsə şəxsi həyatımı dəyişəcəyimi düşünürsə, yanılır. Belə qalmağa davam edəcəm, paparatsilərə görə dəyişən deyiləm”.

Qeyd edək ki, polşalı qapıçı mövsümün sonunda karyerasını başa vurduğunu açıqlamışdı.

Lakin “Barselona” futbol komandasının qapıçısı Mark-Andre ter Ştegen zədə səbəbindən uzun müddətə sıradan çıxandan sonra kataloniya klubu Voyçex Şesnıya təklif göndərmişdi.

Əlavə edək ki, Voyçex Şesnı karyerası ərzində müxtəlif komandaların qapısını qoruyub, 2017-2024-cü illərdə "Yuventus"da çıxış edib.

Teqlər:

"\"Barselona\"n\u0131n yeni qap\u0131\u00e7\u0131s\u0131 siqaret \u00e7\u0259km\u0259sin\u0259 m\u00fcnasib\u0259t bildirib"

Əlaqəli Xəbərlər