Pol Poqbanın cəzası ilə bağlı rəsmi açıqlama verildi
Əziz Əzizli
İdman Arbitraj Məhkəməsi (CAS) "Yuventus"da çıxış edən Pol Poqbanın cəzası ilə bağlı qərarını açıqlayıb.
"Operativ Media" xəbər verir ki, CAS-dan verilən açıqlamada Pol Poqbanın 4 illik dopinq cəzası ilə bağlı müraciətinin qismən qəbul edildiyi bildirilib.
Açıqlamada Poqbanın cəzasının 18 aya endirildiyi açıqlanıb.
Pol Poqba cəzalı olduğu üçün 2023-cü il sentyabrın 11-dən bəri oynaya bilmir.
Fransız ulduz cəzası 18 aya endirildikdən sonra 2025-ci il martın 11-də yaşıl meydanlara qayıda biləcək.
"Mançester Yunayted"lə müqaviləsi bitdikdən sonra 2022/23 mövsümündə keçmiş komandası "Yuventus"a qayıdan Poqbanın müqaviləsi 2026-cı ildə başa çatır.
İtaliya mətbuatında yer alan xəbərlərdə "Yuventus"un Paul Poqba ilə müqaviləsini ləğv etmək üçün danışıqlara başladığı və təcrübəli oyunçunun yeni ünvanının MLS ola biləcəyi iddia edilib.