Ana səhifə / Siyasət / Paşinyan Putini təbrik edib Paşinyan Putini təbrik edib 07.10.2024, 13:19 Nərmin Qocamanlı Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiya Prezidenti Vladimir Putini ad günü münasibətilə təbrik edib. "Operativ Media" xəbər verir ki, Baş nazir Ermənistan-Rusiya əməkdaşlığının ardıcıl şəkildə gücləndirilməsinin vacibliyini qeyd edib. Ermənistan Baş naziri qarşılıqlı faydalı tərəfdaşlığın birgə fəallaşmasını gözlədiyini də vurğulayıb. O, qarşılıqlı anlaşma, etimad və ölkələrin maraqlarına əsaslanan ikitərəfli dialoqun inkişaf etdirilməsinin vacibliyini bildirib. Teqlər: "Pa\u015finyan Putini t\u0259brik edib"