Menyu

AFFA Premyer Liqanın 4 klubunu cərimələdi

Əziz Əzizli
AFFA Premyer Liqanın 4 klubunu cərimələdi

AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

"Operativ Media" xəbər verir ki, komitə Azərbaycan Premyer Liqasının VIII turunun oyunlarında qeydə alınan neqativ halları dəyərləndirib.

“Araz-Naxçıvan”la oyunda 4 futbolçusu sarı vərəqə alan “Səbail” 700 manat cərimələnib. “Neftçi” ilə görüşdə “Sumqayıt”ın 6 oyunçusu sarı vərəqə alıb. “Kimyaçılar” da 700 manat xərcə düşüb.

“Şamaxı” – “Turan Tovuz” qarşılaşmasında isə birincilərin 4, ikincilərin 5 üzvü sarı vərəqə alıb. Hər iki klub 700 manat cərimə ödəməli olacaq.

Teqlər:

"AFFA Premyer Liqan\u0131n 4 klubunu c\u0259rim\u0259l\u0259di"

Əlaqəli Xəbərlər