Əhməd Rəcəbli küçəsinin bir hissəsində hərəkət məhdudlaşdırılacaq
Bakıda daha bir küçədə nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq ediləcək.
AAYDA-dan Operativ Media-ya verilən məlumata görə, aparılacaq təmir işləri ilə əlaqədar olaraq paytaxtın Nərimanov rayonu ərazisində yerləşən Əhməd Rəcəbli küçəsinin bir hissəsində hərəkət qismən məhdudlaşdırılacaq.
Məhdudiyyət 23 iyun saat 23:00-dan 25 iyun saat 23:00-dək qüvvədə olacaq. Bu müddət ərzində Albert Aqarunov küçəsindən Fətəli xan Xoyski küçəsinədək olan hissədə nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq.
Aidiyyəti qurum sürücülərdən aparılan təmir işlərinə anlayışla yanaşmağı, müvəqqəti yol nişanlarının tələblərinə və yol hərəkəti qaydalarına ciddi əməl etməyi xahiş edib.
Sürücülərə alternativ marşrutlardan istifadə etmələri tövsiyə olunur.