ABB kartları ilə "m10" arasında pul köçürmələri dayandırılır
Operativ Media
24 iyun 2026-cı il saat 00:00-dan etibarən m10 tətbiqindən ABB kartlarına vəsait köçürmək, həmçinin ABB kartları vasitəsilə m10 elektron pul kisəsini artırmaq mümkün olmayacaq.
Operativ Media xəbər verir ki, ABB-nin digər köçürmə və ödəniş xidmətləri əvvəlki qaydada fəaliyyətini davam etdirəcək.
Qeyd olunub ki, sözügedən əməliyyatların yenidən əlçatan olması ilə bağlı dəyişiklik olarsa, istifadəçilərə əlavə məlumat veriləcək.
Genitor
İdeyanı yaz — dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma