Menyu

Ərdoğan Polşa ilə əlaqələrdə yeni hədəfi açıqladı

Operativ Media
Ərdoğan Polşa ilə əlaqələrdə yeni hədəfi açıqladı

Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan Polşa Prezidenti Karol Navrocki ilə keçirdiyi görüşdən sonra iki ölkə arasında əməkdaşlığın genişləndirilməsi ilə bağlı mühüm mesajlar verib.

Operativ Media xəbər verir ki, Ərdoğan sosial şəbəkə hesabında paylaşdığı açıqlamada Polşa ilə Türkiyənin altı əsrdən artıq tarixə söykənən münasibətlərə malik olduğunu vurğulayaraq, tərəflərin strateji tərəfdaş və müttəfiq kimi əməkdaşlığı inkişaf etdirdiklərini bildirib.

Onun sözlərinə görə, görüş zamanı ticarət, investisiya, müdafiə sənayesi, enerji və humanitar əlaqələr də daxil olmaqla bir sıra istiqamətlər üzrə fikir mübadiləsi aparılıb. Türkiyə ilə Polşa arasında ticarət dövriyyəsinin 10 milyard dollar hədəfinə çatdığını qeyd edən Ərdoğan növbəti mərhələdə bu göstəricinin 15 milyard dollara yüksəldilməsinin planlaşdırıldığını açıqlayıb.

Prezident bildirib ki, Polşa təxminən 9 milyard dollar dəyərində layihələrlə Türkiyə podratçı şirkətlərinin ən fəal fəaliyyət göstərdiyi ölkələr sırasındadır. O, nəqliyyat sahəsinin də iki ölkə arasında əməkdaşlıq üçün mühüm potensial daşıdığını vurğulayıb.

Ərdoğan Polşanın dəstəyi ilə həyata keçirilən “Üç Dəniz Təşəbbüsü”nün nəqliyyat və logistika sahəsində əməkdaşlıq üçün vacib platforma olduğunu qeyd edib. Müdafiə sənayesinin də ikitərəfli münasibətlərin əsas istiqamətlərindən biri olduğunu deyən Türkiyə lideri, NATO müttəfiqləri kimi Avropanın təhlükəsizlik və müdafiə arxitekturasının gücləndirilməsi istiqamətində birgə fəaliyyət göstərdiklərini bildirib.

Görüş zamanı Rusiya–Ukrayna müharibəsi, İranla bağlı regional proseslər, eləcə də Yaxın Şərqdəki vəziyyətin müzakirə edildiyini qeyd edən Ərdoğan, tərəflərin bütün bu məsələlərdə sülhün vacibliyini vurğuladıqlarını bildirib.

Türkiyə Prezidenti həmçinin Fələstin məsələsinə toxunaraq, Yaxın Şərqdə davamlı sülhün təmin olunmasının vacibliyini qeyd edib və Polşanın iki dövlətli həll prinsipinə dəstəyini davam etdirəcəyinə ümid etdiyini ifadə edib.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Fotogalereya

Əlaqəli Xəbərlər