Menyu

Cevdet Yılmaz Rəşad Məmmədovla görüşüb

Şəfa Hüseynli
Cevdet Yılmaz Rəşad Məmmədovla görüşüb

Türkiyə vitse-prezidenti Cevdet Yılmaz Azərbaycanın Ankaradakı səfiri Rəşad Məmmədovla görüşüb.

Operativ Media xəbər verir ki, bu barədə vitse-prezident sosial media hesabında paylaşım edib.

"Azərbaycanın Ankaradakı səfiri cənab Rəşad Məmmədovu səlahiyyət müddətinin başa çatması ilə əlaqədar yolasalma səfəri üçün Prezident Kompleksində qonaq etdik.

Ankarada işlədiyi müddətdə Türkiyə ilə Azərbaycan arasında qardaşlıq əlaqələrinin və strateji əməkdaşlığın möhkəmlənməsinə verdiyi dəyərli töhfələrə görə ona təşəkkür edir, gələcək həyatında və fəaliyyətində uğurlar arzulayıram.

İnanıram ki, cənab Məmmədov münasibətləri “bir millət, iki dövlət” anlayışı əsasında müttəfiqlik səviyyəsinə yüksəlmiş Türkiyə ilə Azərbaycan arasında sarsılmaz qardaşlıq və möhkəm əməkdaşlığın inkişafına bundan sonra da öz töhfəsini verəcək", - paylaşımda qeyd edilib.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər