Antalyada təlim-məşq toplanışını davam etdirən "Qəbələ" bu gün sonuncu yoxlama oyununda özünü sınayacaq.
"Operativ Media xəbər verir ki, Qəbələ şəhər təmsilçisi Çexiyanın "Teplitse" komandası ilə qarşılaşacaq.
Qeyd edək ki, Misli Premyer Liqasında mövsümün 2-ci yarısı Yanvarın 24-də start götürəcək. "Qırmızı-qaralar" ilin ilk matçını Gəncədə "Kəpəz"ə qarşı keçirəcək.