İtaliya A Seriyasının 18-ci turunun oyunları keçirilir.
"Operativ Media" xəbər verir ki, "Atalanta" doğma meydanda "Salernitana"nı qəbul edib. Gilyerme Oçoanın qapısına 8 dəfə yol tapan "Atalanta" matçı 8-2 hesabı ilə qazanıb.
Qeyd edək ki, "Salernitana"nın meksikalı qapıçısı Gilyerme Oçoa karyerasında ilk dəfə bir matçda qapısında 8 top gördü.