"Çelsi" 100 milyonluq transfer etdi
Əziz Əzizli
İngiltərə Premyer Liqasında çıxış edən "Çelsi" heyətini yeni futbolçu ilə gücləndirib.
"Operativ Media" xəbər verir ki, "Zadəganlar" Ukraynanın "Şaxtyor Donetsk" klubundan 22 yaşlı Mihayıl Mudriki heyətinə qatdı. Qarşı tərəfə 100 milyon avro ödəyən "Çelsi" futbolçu ilə 8,5 illik müqavilə imzaladı. Mihayıl Mudrik transferi haqqında bunları deyib:
"Buraya gəldiyim üçün çox xoşbəxtəm. "Çelsi" möhtəşəm bir liqada möhtəşəm bir klubdur və karyeramın bu mərhələsində mənim üçün çox böyük bir proyektdir".
Qeyd edək ki, Mihayıl Mudrik "Çelsi"də 15 nömrəli formanı geyinəcək.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net