Ərdoğan: Türkiyənin BRİKS-ə daxil olması onun NATO-dan çıxması demək deyil
Əsəd Abbaslı
Türkiyənin BRİKS və ya ASEAN-a qoşulması onun NATO-dan çıxması demək deyil.
"Operativ Media" xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan BMT Baş Assambleyasının iclasından qayıdarkən jurnalistlərə açıqlamasında deyib.
“Bu birliklərin bir-birinə alternativ olduğunu düşünmürük. Müasir dövrdə beynəlxalq gərginlik yaşansa da, bizə Soyuq müharibə dövrünün çoxdan keçdiyini söyləyənlər var. Bəzi qüvvələr var ki, bizi BRİKS-ə qoşulmamağa çağırırlar. Bu həmin qüvvələrdir ki, illərdir bizi Avropa İttifaqının qapısında gözləməyə məcbur ediblər. Gələcəyimizi heç vaxt onların fikri əsasında qura bilmərik”, - Ərdoğan bildirib.
Türkiyə lideri əlavə edib ki, ölkəsinin kontinental Avropa və Amerika ilə yanaşı, Mərkəzi Asiya, Rusiya, Baltikyanı, Uzaq Şərqlə əlaqələri, ərəb coğrafiyasında dərin tarixi kökləri və Körfəz ölkələri ilə münasibətləri faktını nəzərdən qaçırmaq olmaz.
Teqlər:
"\u018frdo\u011fan: T\u00fcrkiy\u0259nin BR\u0130KS-\u0259 daxil olmas\u0131 onun NATO-dan \u00e7\u0131xmas\u0131 dem\u0259k deyil"