Menyu

AYNA: Taksi duracaqlarının təşkil edilməsi ilə bağlı layihə hazırlanıb

Nərmin Qocamanlı
AYNA: Taksi duracaqlarının təşkil edilməsi ilə bağlı layihə hazırlanıb

Bakının bir sıra küçə və prospektlərində 130-dan artıq taksi duracağı mövcuddur. Onların əksəriyyəti cəlbetmə məntəqələrində təşkil edilmədiyindən bəzən nəqliyyatın hərəkətinə maneə yaradır.

"Operativ Media" xəbər verir ki, buna görə də Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi hazırda məsələyə kompleks yanaşma tətbiq edir.

Bildirilib ki, nəqliyyatın hərəkətinə maneə yaradan məntəqələrin ləğv edilməsi, eyni zamanda yeni cəlbetmə məntəqələrinin müəyyənləşdirilməsi istiqamətində işlər aparılır. Yeni cəlbetmə məntəqələrinin əsasən universitetlərin, ticarət mərkəzlərinin, nəqliyyat mübadilə mərkəzlərinin ətrafında, həmçinin avtobus zolaqlarının yaxınlığındakı alternativ yollarda təşkil edilməsi nəzərdə tutulur.

Sakinlərin də müraciətləri nəzərə alınaraq artıq paytaxtın Tbilisi prospektində taksi minik avtomobilləri üçün duracaq, həmçinin minib-düşmə yerlərinin (drop off) təşkil edilməsi ilə bağlı təhlillər aparılıb və layihə hazırlanıb. Layihəyə əsasən, Tbilisi prospektində taksilərin dayana biləcəyi 6 məntəqə müəyyən edilib. Tezliklə işlərin icrasına başlanılacaq.

Teqlər:

"AYNA: Taksi duracaqlar\u0131n\u0131n t\u0259\u015fkil edilm\u0259si il\u0259 ba\u011fl\u0131 layih\u0259 haz\u0131rlan\u0131b"

Əlaqəli Xəbərlər