Menyu

ABŞ və Liviya hərbi əməkdaşlığı dərinləşdirəcək

Şəfa Hüseynli
ABŞ və Liviya hərbi əməkdaşlığı dərinləşdirəcək

ABŞ prezidentinin Afrika və Ərəb ölkələri üzrə baş müşaviri Massad Bulos Liviyanın Baş naziri Əbdül Həmid Dbeyba ilə danışıqlar aparıb.

Operativ Media xəbər verir ki, bu barədə Bulos "X" hesabında paylaşım edib.

Məlumata görə, tərəflər Tripolinin ABŞ ilə hərbi əməkdaşlığının dərinləşdirilməsi perspektivlərini, eləcə də ölkənin yenidən birləşdirilməsi istiqamətində atılacaq addımları müzakirə edib.

"Biz ölkənin iki hissəsi arasında hərbi və təhlükəsizlik əməkdaşlığı da daxil olmaqla, vahid Liviyaya doğru növbəti addımları müzakirə etdik. Biz həmçinin Liviya qüvvələri ilə ABŞ Afrika Komandanlığı arasında daha da koordinasiya və qarşılıqlı əlaqə üçün yeni tənzimləmələrin mümkünlüyünü araşdırdıq", - deyə Bulos qeyd edib.

O əlavə edib ki, ABŞ Liviyanın ərazi bütövlüyünü və siyasi birliyini bərpa etmək üçün səylərini davam etdirəcək.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər