KİV: İran ABŞ ilə danışıqları dayandırmayıb
Operativ Media
İran hökuməti Tehran və Vaşinqton arasında əlaqələrdə vasitəçi rolunu oynayan Pakistanı məlumatlandırıb ki, İran ABŞ nümayəndələri ilə əlaqələri kəsməyib, yalnız danışıqlar prosesini müvəqqəti dayandırıb.
Operativ Media xəbər verir ki, bu barədə "Al-Hadath" telekanalı məlumat yayıb.
Tehran, həmçinin İslamabadı məlumatlandırıb ki, danışıqlar daha əvvəl ABŞ və İran arasında əldə olunmuş qarşılıqlı anlaşma memorandumuna uyğun şəkildə davam etdirilməlidir.
Mənbələr qeyd ediblər ki, İran ilk növbədə Hörmüz boğazı ilə bağlı problemlər üzrə danışıqların bərpasında, daha sonra isə dondurulmuş İran aktivlərinin açılması məsələsinin həllində, bundan sonra isə nüvə məsələsinin müzakirəsində israrlıdır.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net