Braziliya Argentinadakı səfirini geri çağırıb
Braziliya Xarici İşlər Nazirliyi Argentina Prezidenti Xavyer Mileyin Luiz İnasiu Lula da Silva barədə səsləndirdiyi təhqiramiz fikirlərdən sonra Buenos-Ayresdəki səfirini məsləhətləşmələr üçün geri çağırıb.
Operativ Media xəbər verir ki, bu barədə "CNN Brasil" Braziliya Xarici İşlər Nazirliyinin bəyanatına istinadən məlumat yayıb.
Məlumata görə, Argentinadakı Braziliya səfiri Juliu Bitelli yaxın vaxtlarda ölkənin paytaxtına gələcək və xarici işlər naziri Mauro Vieyra ilə görüşəcək.
Qeyd olunur ki, iyulun 25-də Xavyer Miley San-Pauluda Liberal Partiyanın qurultayında çıxış edib.
Qurultayda senator Flavio Bolsonaru oktyabrda keçiriləcək prezident seçkilərində partiyanın namizədi elan olunub.
Çıxışı zamanı Miley Braziliya Prezidenti Luiz İnasiu Lula da Silva ilə yanaşı, ölkənin Ali Federal Məhkəməsinin hakimi Aleşandri di Moraisi də təhqir edib.