"Bavariya" Musialanı satmaq niyyətində deyil
"Bavariya" klubu və komandanın yarımmüdafiəçisi Camal Musialanın nümayəndələri cari transfer pəncərəsində yolları ayırmağı planlaşdırmırlar.
Operativ Media xəbər verir ki, bu barədə məşhur insayder Fabrisio Romano məlumat yayıb.
Mənbənin bildirdiyinə görə, zədə səbəbindən uğursuz keçən mövsümdən sonra 23 yaşlı almaniyalı futbolçu Münhen təmsilçisində uğur qazanmaq niyyətindədir, rəhbərlik də öz növbəsində oyunçuya güvənir.
Qeyd olunub ki, 2026-cı ilin iyul ayında yarımmüdafiəçi növbəti dəfə əməliyyat olunub. Bir il öncə Klublararası Dünya Çempionatında "PSJ" ilə qarşılaşmada aldığı ağır xəsarətdən sonra ayağına yerləşdirilən metal lövhə cərrahi müdaxilə ilə çıxarılıb. Təcrübəli oyunçunun avqustun 22-də Almaniya Superkuboku matçınadək yaşıl meydanlara qayıdacağı gözlənilir.
Xatırladaq ki, Musiala 2020-ci ilin iyulundan "Bavariya"nın şərəfini qoruyur və onun klubla hazırkı müqaviləsi 2030-cu il iyunun 30-dək nəzərdə tutulub.
Yarımmüdafiəçi 2025/26 mövsümündə keçirdiyi 24 qarşılaşmada 5 qol vurub və 6 məhsuldar ötürmə müəllifi olub. "Transfermarkt" portalı onun transfer dəyərini 100 milyon avro qiymətləndirir.