Menyu

Azərbaycanla KƏŞ arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb

Nərmin Qocamanlı
Azərbaycanla KƏŞ arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb

Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) ilə Körfəz Əməkdaşlıq Şurası (KƏŞ) Ticarət Palataları Federasiyası arasında qarşılıqlı əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.

"Operativ Media" xəbər verir ki, sənəd Bakıda keçirilən Azərbaycan-Körfəz Əməkdaşlıq Şurasına üzv ölkələrinin 2-ci iqtisadi forumu çərçivəsində imzalanıb.

Sənəddə AZPROMO və KƏŞ arasında iqtisadi əlaqələrin inkişafı üçün qarşılıqlı fəaliyyətin təşviqi, Azərbaycandan Körfəz ölkələrinə və Körfəz ölkələrindən Azərbaycana investisiyaların cəlb olunmasının dəstəklənməsi, iqtisadi forumlar, sərgilər və ticarət missiyalarının təşkil edilməsi ilə bağlı əməkdaşlıq məsələləri əksini tapıb.

Teqlər:

"Az\u0259rbaycanla K\u018f\u015e aras\u0131nda \u0259m\u0259kda\u015fl\u0131\u011fa dair Anla\u015fma Memorandumu imzalan\u0131b"

Fotogalereya

Əlaqəli Xəbərlər