Menyu

Paşinyan Rumıniya Prezidenti ilə İrəvanla Bakı arasında normallaşma prosesini müzakirə edib

Əziz Əzizli
Paşinyan Rumıniya Prezidenti ilə İrəvanla Bakı arasında normallaşma prosesini müzakirə edib

Rumıniya Prezidenti Klaus İohannis və Ermənistanın baş naziri Nikol Paşinyan Nyu-Yorkda İrəvanla Bakı arasında münasibətlərin normallaşması prosesini müzakirə ediblər.

"Operativ Media" Ermənistan KİV-ə istinadən xəbər verir ki, bu barədə Ermənistan hökumətinin bəyanatında bildirilib.

Görüş BMT Baş Assambleyasının 79-cu sessiyası çərçivəsində baş tutub.

Həmsöhbətlər regionda kommunikasiyaların açılması məsələsini də müzakirə ediblər.

Ermənistan və Avropa İttifaqı arasında qarşılıqlı fəaliyyət məsələsinə toxunulub, həmçinin Ermənistan-Rumıniya münasibətlərinin daha da inkişaf etdirilməsinin vacibliyi vurğulanıb.

Teqlər:

"Pa\u015finyan Rum\u0131niya Prezidenti il\u0259 \u0130r\u0259vanla Bak\u0131 aras\u0131nda normalla\u015fma prosesini m\u00fczakir\u0259 edib"

Əlaqəli Xəbərlər