Paşinyan: Ermənistan Azərbaycanı COP29-a qədər sülh sazişini imzalamağa dəvət edir
Nərmin Qocamanlı
Ermənistan Azərbaycanı noyabrda Bakıda keçiriləcək COP29 iqlim konfransına qədər sülh sazişinin artıq razılaşdırılmış maddələrini imzalamağa dəvət edir.
"Operativ Media" xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan deyib.
O, bildirib ki, bunda məqsəd sülh prosesinin inkişafı üçün stimullaşdırıcı mühit yaratmaqdır.