Menyu

XİN başçısı BMT Baş katibinin müavini ilə Azərbaycanın sivilizasiyalararası dialoqdakı rolunu müzakirə edib

Əziz Əzizli
XİN başçısı BMT Baş katibinin müavini ilə Azərbaycanın sivilizasiyalararası dialoqdakı rolunu müzakirə edib

BMT Baş Assambleyasının 79-cu sessiyası çərçivəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov BMT Baş katibin müavini və BMT-nin Sivilizasiyalar Alyansı (UNAOC) üzrə ali nümayəndə Migel Moratinosla görüşüb.

"Operativ Media" xəbər verir ki, bu barədə Azərbaycan XİN-in mətbuat xidməti məlumat yayıb.

“Azərbaycan – UNAOC əməkdaşlığı, Azərbaycanın sivilizasiyalararası dialoqdakı rolu, eləcə də Bakı prosesi diqqət mərkəzində olub”, – XİN-in sosial şəbəkə hesabında diqqətə çatdırılıb.

Əlaqəli Xəbərlər