Menyu

Sabunçu rayonunda evdən oğurluq edən şəxs mühafizə polisləri tərəfindən saxlanılıb

Nərmin Qocamanlı
Sabunçu rayonunda evdən oğurluq edən şəxs mühafizə polisləri tərəfindən saxlanılıb

Paytaxtın Sabunçu rayonunda yerləşən evlərin birindən oğurluq edilməsinin qarşısı mühafizə polisləri tərəfindən alınıb.

Daxili İşlər Nazirliyindən "Operativ Media"ya verilən məlumata görə, rayon ərazisində yerləşən və xüsusi texniki vasitələrlə qorunan mənzildən Baş Mühafizə İdarəsinin Kompüterləşdirilmiş Mərkəzi Mühafizə Məntəqəsinə “həyəcan” siqnalı daxil olub. Sabunçu Rayon Mühafizə İdarəsinin əməkdaşları dərhal hadisə yerinə yollanıblar. 

Baxış zamanı evin içərisində olan naməlum şəxs hadisə yerindən qaçmağa çalışıb. Onun bu cəhdinin qarşısı mühafizə polislərinin çevik reaksiyası nəticəsində alınıb. Həmin şəxs əvvəllər məhkum edilmiş Zamin Məmmədov saxlanılaraq ərazi üzrə Polis Şöbəsinə təhvil verilib. 

Saxlanılan şəxsin üzərindən 2 ədəd kəsici alət də aşkarlanaraq maddi sübut kimi götürülüb. Z.Məmmədovun analoji cinayətlərdə iştirakının olub-olmamasının müəyyən edilməsi istiqamətində araşdırmalar davam etdirilir.

Teqlər:

"Sabun\u00e7u rayonunda evd\u0259n o\u011furluq ed\u0259n \u015f\u0259xs m\u00fchafiz\u0259 polisl\u0259ri t\u0259r\u0259find\u0259n saxlan\u0131l\u0131b"

Əlaqəli Xəbərlər