Menyu

İrandan qanunsuz yollarla Azərbaycana keçməyə çalışan Əfqanıstan vətəndaşları saxlanılıb

Nərmin Qocamanlı
İrandan qanunsuz yollarla Azərbaycana keçməyə çalışan Əfqanıstan vətəndaşları saxlanılıb

Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti tərəfindən dövlət sərhədinin mühafizəsinin təmin edilməsi tədbirləri uğurla davam etdirilir.

Dövlət Sərhəd Xidmətindən "Operativ Media"ya verilən məlumata görə, sentyabr ayının 21-də saat 15:17-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində sərhəd naryadının sayıqlığı nəticəsində İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində dövlət sərhədini pozmağa cəhd göstərən Əfqanıstan İslam Respublikası vətəndaşları 2002-ci il təvəllüdlü Mədəvi Muhəmmədxəlil Cavad, 2003-cü il təvəllüdlü Məhəmmədi Əlirza Məhəmmədhəsən, 2004-cü il təvəllüdlü Rzayi Əzizulla Məhəmmədalim və 2006-cı il təvəllüdlü Məhəmmədi Mehdi Zaher saxlanılıb.

Fakt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.

Teqlər:

"\u0130randan qanunsuz yollarla Az\u0259rbaycana ke\u00e7m\u0259y\u0259 \u00e7al\u0131\u015fan \u018ffqan\u0131stan v\u0259t\u0259nda\u015flar\u0131 saxlan\u0131l\u0131b"

Əlaqəli Xəbərlər