Menyu

Texniki baxışa təqdim edilən avtomobildə narkotik maddə aşkarlanıb

Nərmin Qocamanlı
Texniki baxışa təqdim edilən avtomobildə narkotik maddə aşkarlanıb

Avtonəqliyyat vasitələrinin dövlət texniki baxışından keçirilməsi zamanı növbəti dəfə hüquqazidd əməllərin qarşısı alınıb.

"Operativ Media" xəbər verir  ki, Baş Dövlət Yol Polisi İdarəsinin Müayinə Mərkəzində Bakı şəhər sakini Anar Babayevə məxsus “Land Rover” markalı avtomobilə texniki baxış keçirilərkən ilk tibbi yardım qutusunda olan  dərman vasitələrinin arasında xüsusi qablaşdırılmış narkotik maddə aşkarlanıb.

Faktla bağlı ərazi polis orqanı məlumatlandırılıb və zəruri prosesual hərəkətlər aparılmaqla sürücü A.Babayev avtomobillə birlikdə aidiyyatı üzrə təhvil verilib.

Teqlər:

"Texniki bax\u0131\u015fa t\u0259qdim edil\u0259n avtomobild\u0259 narkotik madd\u0259 a\u015fkarlan\u0131b"

Əlaqəli Xəbərlər