Ötən gün 10 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb
Nərmin Qocamanlı
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə sentyabrın 24-də ümumi çəkisi 9,8 kiloqramdan artıq narkotik vasitə, həmçinin 2160 ədəd metadon həbi aşkar olunaraq götürülüb.
Daxili İşlər Nazirliyindən "Operativ Media"ya verilən məlumata görə, bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.