Menyu

Prezident: Bu gün Azərbaycanda 1000-dən çox adda hərbi təyinatlı məhsul istehsal edilir

Nərmin Qocamanlı
Prezident: Bu gün Azərbaycanda 1000-dən çox adda hərbi təyinatlı məhsul istehsal edilir

Düzgün aparılmış islahatlar nəticəsində ölkəmizdə istehsal edilən müdafiə təyinatlı məhsulların çeşidi artırılmışdır və bu gün Azərbaycanda 1000-dən çox adda hərbi təyinatlı məhsul istehsal edilir.

"Operativ Media" xəbər verir ki, bu, Prezident İlham Əliyevin “ADEX-2024” 5-ci Yubiley Azərbaycan Beynəlxalq Müdafiə Sərgisinin və “Securex Caspian” 14-cü Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə Avadanlıqları Sərgisinin iştirakçılarına müraciətində qeyd edilib.

"Həm Azərbaycanın Silahlı Qüvvələri müasir silah növləri ilə təchiz edilir, həm də dünya ölkələrinin müdafiə sənayesi şirkətləri istehsal etdiyimiz məhsullarla yaxından maraqlanırlar. Bir çox dost və müttəfiq dövlətlərlə müdafiə sənayesi sahəsində yeni əməkdaşlıqlar qurulur, mövcud əlaqələr uğurla davam etdirilir. Azərbaycan müdafiə sənayesi sahəsində dinamik inkişafa nail olmaqla hərbi-texniki inkişafa nail  olmaqla hərbi-texniki imkanlarını genişləndirir", - Prezident bildirib.

Teqlər:

"Prezident: Bu g\u00fcn Az\u0259rbaycanda 1000-d\u0259n \u00e7ox adda h\u0259rbi t\u0259yinatl\u0131 m\u0259hsul istehsal edilir"

Əlaqəli Xəbərlər