Menyu

ADY bu gündən loyallıq proqramının tətbiqinə başlayıb

Nərmin Qocamanlı
ADY bu gündən loyallıq proqramının tətbiqinə başlayıb

"Azərbaycan Dəmir Yolları" (ADY) sərnişindaşımada xidmət keyfiyyətini artırmaq və əlavə dəyər yaratmaq məqsədilə bir sıra yeniliklər təqdim edir.

"Operativ Media" xəbər verir ki, bunu Azərbaycan Dəmir Yollarının Sərnişin Daşıma departamentinin rəhbəri Azər Fərəcov xidmət sahəsində tətbiq olunacaq yeniliklərlə bağlı keçirilən brifinqdə deyib.

O qeyd edib ki, şirkət müştəri məmnuniyyətini yüksəltmək üçün 23 sentyabr 2024-cü il tarixindən loyallıq proqramının tətbiqinə başlayır:

"Bu proqram şəhərətrafı qatarlarla səfər edən sərnişinlərə “ADY Mobile” tətbiqi vasitəsilə daha sərfəli və rahat səyahət imkanları yaradır, gedişlər üzrə 3% keşbek və qeydiyyat, dostun dəvət edilməsi, sorğularda iştirak və qiymətləndirmələr zamanı bonus qazandırır. Loyallıq proqramı bir həftə test rejimində fəaliyyət göstərəcək".

Teqlər:

"ADY bu g\u00fcnd\u0259n loyall\u0131q proqram\u0131n\u0131n t\u0259tbiqin\u0259 ba\u015flay\u0131b"

Əlaqəli Xəbərlər