Menyu

AMB və Astana Maliyyə Xidmətləri Agentliyi arasında Anlaşma Memorandumu imzalanıb

Nərmin Qocamanlı
AMB və Astana Maliyyə Xidmətləri Agentliyi arasında Anlaşma Memorandumu imzalanıb

Azərbaycan Mərkəzi Bankı və Astana Maliyyə Xidmətləri Agentliyi arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.

"Operativ Media" xəbər verir ki, bu barədə AMB məlumat yayıb.

Bildirilib ki, Memorandum qurumlar arasında əməkdaşlığın hüquqi bazasının yaradılmasına, əməkdaşlıq əlaqələrinin gücləndirilməsinə, eyni zamanda maliyyə bazarlarının təhlükəsiz fəaliyyətinin təşviqinə və məlumat mübadiləsinin genişləndirilməsinə töhfə verəcək.

Anlaşma Memorandumu çərçivəsində qurumlar arasında təcrübə və məlumat mübadiləsinin aparılması, eləcə də qarşılıqlı səfərlərin təşkilinin həyata keçirilməsi də nəzərdə tutulub.

Teqlər:

"AMB v\u0259 Astana Maliyy\u0259 Xidm\u0259tl\u0259ri Agentliyi aras\u0131nda Anla\u015fma Memorandumu imzalan\u0131b"

Əlaqəli Xəbərlər