Azərbaycan ilə Slovakiya arasında biznes tərəfdaşlığının inkişaf perspektivləri müzakirə olunub
Nərmin Qocamanlı
İqtisadiyyat naziri Mikayıl Cabbarov Slovakiyanın Baş nazirinin köməkçisi, iqtisadiyyat naziri xanım Denisa Sakova ilə görüşüb.
"Operativ Media" xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov "X"də bildirib.
Görüşdə, biznes tərəfdaşlığının inkişaf perspektivləri, Mərkəzi və Cənub-Şərqi Avropa regionunun enerji təhlükəsizliyinin gücləndirilməsi imkanları potensialından istifadə, ölkələrimizin energetika sektorunda birgə fəaliyyəti, əczaçılıq sahəsində inkişaf və təcrübə və Bakıda Azərbaycan ilə Slovakiya arasında İqtisadi iş üzrə işçi qrupunun ilk iclası və biznes foruma hazırlıq məsələləri müzakirə olunub.