Menyu

Azərbaycan yığması Qazaxıstanla qarşılaşacaq

Əziz Əzizli
Azərbaycan yığması Qazaxıstanla qarşılaşacaq

Budapeştdə (Macarıstan) Ümumdünya Şahmat Olimpiadası keçirilir.

"Operativ Media" xəbər verir ki, bu gün 7-ci turda qadınlardan ibarət Azərbaycan yığması (Günay Məmmədzadə, Gövhər Beydullayeva, Xanım Baladjayeva, Ülviyyə Fətəliyeva və Gülnar Məmmədova) Qazaxıstan yığması ilə qarşılaşacaq.

Milli əvvəllər Nikaraqua (4:0), Avstraliya (3:1), Argentina (2:2), Sloveniya (3:1), Ukrayna (2:2) və Vyetnam (2,5:1,5) ilə oynayıb. 6-cı turdan sonra 10 xal toplayan Azərbaycan 10-cu yerdədir. Hindistan 12 xalla, Gürcüstan və Polşa hərəyə 11 xalla öndədir.

Kişilərdən ibarət Azərbaycan yığması da (Şəhriyar Məmmədyarov, Rauf Məmmədov, Nicat Abasov, Aydın Süleymanlı və Maqomed Muradlı) Qazaxıstan komandası ilə qarşılaşacaq.

Milli daha əvvəl İordaniya (3,5:0,5), Finlandiya (3,5:0,5), Moldova (3:1), Monteneqro (3:1), Hindistan (1:3) və Litva (1,5:2,5) ilə oynayıb. 6-cı turdan sonra Azərbaycan 8 xal toplayıb və 22-ci yerdədir. Hindistan 12 xalla, Vyetnam və Çin hərəyə 11 xalla öndədir.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər