"Sabah" basketbol klubu Çempionlar Liqasında debüt etdi
Əziz Əzizli
Azərbaycanın "Sabah" basketbol klubu bu gün Çempionlar Liqasında debüt matçına çıxıb.
"Operativ Media" xəbər verir ki, Türkiyənin Antalya şəhərində təşkil olunan yarışın təsnifat mərhələsinin 1/4 finalında litvalı məşqşi Rimas Kurninaytisin rəhbərlik etdiyi "Sabah" İsveç çempionu "Norçeppinq Dolfins"lə qarşılaşıb.
Görüş rəqibin 75:71 (18:15, 19:18, 11:23, 23:19) hesablı qələbəsi ilə başa çatıb. Bu, Azərbaycanın basketbol tarixində Çempionlar Liqasında ilk oyun olub.
"Norçeppinq Dolfins növbəti mərhələdə İsveçrənin "Friburq Olimpik" komandası ilə üz-üzə gələcək. "Sabah" isə mübarizəni Avropa kuboku turnirində davam etdirəcək.
Əlavə edək ki, sentyabrın 21-də təsnifat turnirində qalib müəyyənləşəcək. Həmin komanda İspaniya, İtaliya və Almaniya çempionarı ilə birgə ÇL-in G qrupunda mübarizə aparacaq.
Teqlər:
"\"Sabah\" basketbol klubu \u00c7empionlar Liqas\u0131nda deb\u00fct etdi"