“Udineze” 13 ildən sonra ilk dəfə A Seriyasının lideridir
Əziz Əzizli
İtaliya çempionatının dörd turundan sonra dördüncü turda “Parma”ya 3:2 hesabı ilə qalib gələn və aktivində 10 xal olan “Udineze” liderdir.
"Operativ Media" xəbər verir ki, ikinci pillədə qərarlaşan “Napoli” 1 xal geri qalır.
Sonuncu dəfə "Udineze" 2011-2012 mövsümündə təkbaşına A Seriyasının turnir cədvəlinə başçılıq etmişdi. Həmin vaxt “Udineze” çempionatın ilk 7 oyununda uduzmayıb, 15 xal qazanmışdı.
Teqlər:
"\u201cUdineze\u201d 13 ild\u0259n sonra ilk d\u0259f\u0259 A Seriyas\u0131n\u0131n lideridir"